Birinci vitse-prezident Mehriban Əliyeva uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, o, təbrikini İnstaqram hesabında paylaşıb.
“Balaca soydaşlarımızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!” - M.Əliyeva qeyd edib.