1 İyun 17:46

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com təbrik məktubunun mətnini təqdim edir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi Yunanıstan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Fürsətdən istifadə edərək, Sizə cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

Bundan başqa, Tunis Respublikasının Prezidenti Kays Sayid də dövlət başçısı İlham Əliyevi təbrik edib: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə Tunis xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram. Bu fürsətdən istifadə edərək, qəti əminliyimi bildirirəm ki, ölkələrimiz arasındakı qardaşlıq və əməkdaşlıq əlaqələri xalqlarımızın maraqları naminə yeni üfüqlər açaraq daha da inkişaf edəcək və möhkəmlənəcək".


Müəllif: Teleqraf.com