Ölkəmizdə bir neçə şəhər və rayonda tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra İsmayıllı rayonunda da insanların küçəyə çıxması və nəqliyyatın hərəkəti qadağan edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Abşeron rayonunun kənd və qəsəbələrində, o cümlədən Mehdiabadda da polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirirlər.