14 İyun 2020 14:55
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə bir neçə şəhər və rayonda tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra İsmayıllı rayonunda da insanların küçəyə çıxması və nəqliyyatın hərəkəti qadağan edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şəhərin daim sıxlıq müşahidə olunan küçə və prospektləri hazırda boşdur.

Mərkəzlə yanaşı məhəllə arası yollara da nəzarət edilir. Qurulan postlarda polis əməkdaşları ilə bərabər Daxili Qoşunların əsgərləri də xidmət aparır.

Qeyd edək ki, digər rayon sakinlərinin İsmayıllı rayonu ərazisindən keçərək getməsində məhdudiyyət yoxdur. Ancaq onların hər hansısa yaşayış məntəqəsinə girişinə icazə verilmir və qurulan postlarda onların hərəkətinə nəzarət olunur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər