30 İyun 2020 18:13
2 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi karantin rejiminin uzadılması müzakirə mövzusudur. Təkliflər var ki, 5 iyuldan sonra karantin rejimi iki həftəlik uzadılsın. Bu barədə ictimaiyyətə məlumat veriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Nəzərə alaq ki, biz bu riskdən xilas olmamışıq. Xüsusi karantin rejiminin tətbiqi ilə yanaşı evdə müalicə ilə bağlı xüsusi paketlər hazırlanır. Hər bir məsələdə olduğu kimi burada da xalq və dövlət birliyi ən ümdə prinsiplərdən olmalıdır. Vətəndaşlar dövlət tərəfindən verilən tövsiyələrə riayət edilməlidir. Dövlətin siyasətinin kökündə vətəndaşların sağlamlığının qorunması dayanır. Müəyyən istisnalar var ki, bizi yorur, ürək açmayan tendensiyalara səbəb olur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər