7 İyul 2020 19:58
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyevlə bağlı qərar verilib.

Teleqraf.com xəbər verir ki, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka inzibati qaydada həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.

Qeyd edək ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan Orucəli Zərbəliyev ötən gün polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.


Müəllif: Teleqraf.com