İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri Vüqar Lətif oğlu Sadıqov dəfn edilib.
Teleqraf.com xəbər verir ki, şəhid doğulduğu Ağstafa rayonunun Göyçə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Ağstafa rayon sakini, 1987-cı il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovun doğulduğu Göyçə kəndində vida mərasimi keçirilib.
Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Ağstafa rayon icra hakimiyyətinin başçısı və nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin rayon sakinləri iştirak ediblər.
Qeyd edək ki, şəhid V.Sadıqov ailəli olub və 3 övladı var. Şəhid kənd qəbiristanlığında dəfn ediləcək. /Report/