14 İyul 2020 23:00
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Şpigel” dərgisi, “De.euronews.com”, “Tagesschau.de”, “Nex24.news”, “Greenpeace-magazin.de” portalları Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi hücumu ilə bağlı məqalələr dərc edib.

Teleqraf.com xəbər verir ki, məqalələrdə Ermənistanın daxilində mövcud olan problemlərdən, bu təxribatı törətmək üçün mümkün səbəblərdən bəhs edilir. Ermənistanın bu əməlləri ilə regionda vəziyyəti gərginləşdirdiyi, hər iki tərəfdən itki olduğu diqqətə çatdırılır. Azərbaycan Xarici İşlər Nazirliyinə istinadla bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatı təcavüzkar dövlətin rəhbərliyinin bölgədəki gərginliyi artıran son hərəkətlərinin və bəyanatlarının davamıdır.

Yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından fikirlərə də yer verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər