Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu Azərbaycanı dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə o özünün "Twitter"dəki səhifəsində paylaşım edib.
"Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanı narahatlıqla izləyirik. Həyatını itirən Azərbaycan hərbçilərini rəhmətlə anır, Azərbaycan xalqına başsağlığı diləyirəm. Bölgəmizdəki problemləri həll etmək üçün əlimizdən gələni etməyə hazır olduğumuzu bir daha təkrarlayıram", - o bildirib.