16 İyul 2020 08:50
2 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Tovuz rayonuna hücum etməsi təsadüfi deyil. Xəbər yaydılar ki, guya Azərbaycan zabitləri Ermənistan sərhəddini keçməyə cəhd edib. Amma belə şey yox idi, onlar çox hiyləgərdirlər. Ali baş komandanın əmrini gözləmək lazımdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi deyib.

Onun sözlərinə görə, ermənilər arasında Azərbaycan dilini bilən təxribat qrupları Azərbaycan cəmiyyətində narazılıq yaratmağa çalışırlar: " Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribat zamanı 11 şəhid verdik, çox çətindir. Hər kəs diqqətli davranmalı, sosial şəbəkələrdə paylaşım edərkən olduqca ehtiyatlı olmalıyıq. Ölkəmizdə narazılıq salmaq olmaz. Bizim ali baş komandamız, zabitlərimiz və güclü ordumuz var. Torpaqlarımızı azad etməliyik, bu, böyük bir müharibənin başlanğıcı ola bilər. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Artıq torpaqlarımızı qaytarmalıyıq".

Siyavuş Kərimi qeyd edib ki, hər şeyə dəqiq və ehtiyatla yanaşmalıyıq: "Ordumuza hamımız əminik və əsgərlərimizdən qələbə gözləyirik. İnanıram ki, ölkəmizdə səfərbərlik elan edilsə, bütün Azərbaycan cəbhəyə getməyə hazırdır. Ermənilər çox qorxaq millətdir, biz başqa millətlə qarşılaşa bilərik. Bizim neft-qaz xətlərimiz var. Amma Azərbaycanın son zamanlar əldə eydiyi uğurlar onları rahat buraxmır. Burada paxıllıq hissi var. Cənab Prezident bu haqda bəyan elədi. Bir əsgər kimi ali baş komandamızın əmrini gözləməliyik".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər