ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Füzuli rayonu Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Peter Svedberq keçirib.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirib.
BƏXTİYAR