22 İyul 2020 16:40
2 382

Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan sərəncamla təltif olunan kütləvi informasiya vasitəsi əməkdaşları arasında Teleqraf.com xəbər portalının əməkdaşı Səxavət Həmidli də var.

Teleqraf.com xəbər verir ki, əməkdaşımız Prezident İlham Əliyev tərəfindən imzalanan “Kütləvi informasiya vasitələri əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncamı əsasında təltif olunub.

Sərəncama əsasən əməkdaşımız Səxavət Həmidli bir qrup KİV əməkdaşı ilə birgə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.


Müəllif: Teleqraf.com