“Bəzi ölkələrdə koronavirus səbəbindən ölən hər 3 nəfərdən 1-i tibb işçisidir”.
Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.
O, səhiyyə işçilərinin tibbi ləvazimatlarla təmin olunmasının vacibliyini vurğulayıb: “Dünya miqyasında COVID-19-a yoluxanların 14 faizinin səhiyyə işçiləri olduğuna dair məlumatlar var. Bəzi ölkələrdə bu nisbət 35 faizə yüksəlir.
Tək yoluxma riski deyil, səhiyyə işçiləri hər gün stress, depressiya, ayrı-seçkilik və zorakılıqla da qarşılaşırlar".