27 Sentyabr 2020 09:46
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun şəxsi heyət və tank bölmələri, raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumatda bildirilir: "Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib".


Müəllif: Teleqraf.com