27 Sentyabr 2020 21:08
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın öz ərazi bütövlüyünün bərpa olunması yönündə apardığı uğurlu hərbi əməliyyatlar onu deməyə əsas verir ki, bölgəmizdəki bu kimi münaqişələr tezliklə öz həllini tapmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev bildirib.

Onun sözlərinə görə, münaqişələr həll olunmadığı halda silaha əl atmaq məcburiyyətində qalınır: “Bu gün Abxaziyanın işğal olunduğu gündür. Təəssüflər olsun ki, Gürcüstan da separatizmdən əziyyət çəkən dövlətlər sırasındadır. Azərbaycanın ərazi bütövlüyünün bərpasının tez bir zamanda Gürcüstanın ərazi bütövlüyü məsələsinin həllinə yol açacağına inanıram”.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər