29 Sentyabr 2020 19:40
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistana məxsus Su-25 təyyarəsinin guya F-16 təyyarəsi ilə vurulması barədə xəbərlər tamamilə yalandır, cəfəngiyyatdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanın apardığı növbəti yalan təbliğatıdır:

“Biz bunu tamamilə rədd edirik. Ümumiyyətlə, Ermənistan tərəfinin özünə tövsiyə edirik ki, radarlara baxsın. Radarlarda hansı təyyarənin harada və nə zaman qalxması çox aydın görünür. Azərbaycan radar sistemlərində ümumiyyətlə Ermənistanın özündən belə “Su-25” təyyarəsinin qalxması barədə heç bir məlumat yoxdur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər