“Azərbaycan işğal etdiyi əraziləri dinc yolla qaytarmaq istəməyən Ermənistanla danışıqlar masasına oturmamalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib.
İşğal altındakı Dağlıq Qarabağın Azərbaycanın 20 faizini təşkil etdiyini bildirən ekspert, hazırda Azərbaycan ordusunun bütün cəbhə boyu əks-hücuma keçdiyini, şiddətli döyüşlərin getdiyini bildirib.
Füzuli şəhəri ətrafında şiddətli qarşıdurmaların yaşandığını, Azərbaycan ordusunun Qafqazın ən yüksək zirvələrindən biri olan 3400 metrlik Murov dağını azad etdiyini bildirib.
Ağar Azərbaycan ordusunun işğalçının mövqelərini səhvsiz bombardman etdiyini, bölgənin coğrafi şərtlərinin çətinliyinə baxmayaraq, uğurla irəlilədiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Azərbaycan kənar qüvvələrin çağırışlarına baxmayaraq, nəticəsiz danışıqlara getməməli, uğurlu əməliyyatları davam etdirməlidir.