Ermənistan Ordusu geri çəkildiyini rəsmən etiraf edib.
Teleqraf.com xəbər verir ki, Dağlıq Qarabağda separatçı rejimin “mətbuat katibi” Vaqram Poqosyan erməni qoşunlarının geri çəkildiyini bildirib. “Cəbhənin bəzi istiqamətlərində qoşunlar geri çəkildi”, - Poqosyan bildirib.
O, bunu izah etmək üçün bəhanə kimi belə deyib: “Lazımsız itkilər olmasın və rəqibə daha böyük zərbə vura bilək”. Bununla Ermənistan Azərbaycan Ordusunun irəlilədiyini, erməni hərbi birləşmələrinin qaçdığını etiraf edib.