12 Oktyabr 2020 09:14
2 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür. Son 30 ildə dünya birliyi Ermənistanın təcavüzkar siyasətinə göz yumurdu”.

Bu sözləri Teleqraf.com-a Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev deyib.

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə çıxışında Qarabağ məsələsinin sülh yoluyla həll olunmasına çağırışlar edirdi, Ermənistanın işğal siyasətindən əl çəkməyə və torpaqlarımızı azad etməyə çağırırdı. Təəssüf ki, beynəlxalq birliyin laqeydliyi və süstlüyü Ermənistanın təcavüzkar siyasətinin davam etdirməsinə səbəb olurdu. Beynəlxalq birlik tərəfindən Ermənistanın işğalçılıq siyasətinə “dur” deyilmirdi, heç bir irad da bildirilmirdi.

Demək olar ki, son 30 ildə Ermənistana qarşı heç bir təzyiq göstərilmirdi. BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qəbul etdiyi dörd qətnamənin icra olunmaması ikili standartın göstəricisi hesab edilməlidir. Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğal etməklə yanaşı, digər rayonlarımızın işğalına çalışırdı. Tovuz hadisələri bunu bir daha sübut etdi”, - deyə Orxan Əliyev bildirib.

Orxan Əliyev Ermənistanın Azərbaycan qarşısında seçim qoymadığını söyləyib:

“Azərbaycan dövləti öz doğma torpaqlarını güc yoluyla azad etmək qərarını verdi. Ermənistan sülhü yox, işğal yolunu tutdu. Azərbaycan ordusu Ali Baş Komandamızın əmrini yerinə yetirərək qısa zamanda Ermənistan ordusunu Qarabağda darmadağın etdi. Müdafiə Nazirliyi tərəfindən təqdim edilən videolar qürurvericidir. Onların texnikası məhv edilib. Şəxsi heyətləri böyük itkilər verirlər, döyüş mövqelərindən qaçırlar. Ermənistan acı məğlubiyyətini Azərbaycanın dinc insanlarını qətlə yetirməklə cavab verməyə çalışır. Rayonlarımızı uzaqmənzilli raketlərlə vurur. Dünya birliyi Ermənistanın bir daha təcavüzkar, faşist dövləti olduğunu bir daha şahidi oldu. Ermənistan bununla xalqımızı qorxutmağa və xaos yaratmağa çalışır.

Əksi baş verdi: xalq-dövlət birliyi daha da gücləndi. Prezidentimiz dediyi kimi, “onları iti qovan kimi qovacağıq və qovuruq. Cənab Prezident, Ali Baş Komandan vurğulayıb ki, münaqişə həll olunmasının sülh yolu ilə bərabər müharibə yolu da var. Və son bir neçə gün ərzində baş verənlər və qələbələrimiz bunun sübutudur. Bu gün qəhrəman əsgərlərimiz düşməni torpaqlarımızdan çıxarırlar. Madagiz, Cəbrayıl, Hadrutun və bir sıra strateji yerlərindən azad olunması prosesi qəhrəman ordumuz tərəfindən uğurla davam etdirilir. Qarabağ torpaqları qəhrəman ordumuzun və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə tamamilə işğalçılardan azad olunacaq. İndi Ermənistan çarəsiz vəziyyətdir. Cənab Prezidentin dediyi kimi Nikol Paşinyan dünya liderlərinə zəng etməklə onları bezdirib”.

Federasiya prezidenti Qarabağın azadlığı uğrunda onlarla kikboksçunun döyüşdüyünü bildirib:
“Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür. Yüzlərlə idmançılarımız səfərbərlik çağırışı ilə könüllülərin sırasındadır. Federasiya olaraq, təməli illərlə Federasiyanın prezidenti olan, Milli Məclisin sədr müavini Adil Əliyev tərəfindən qoyulduğu kimi, daima gənclər arasında vətənpərvərlik təbliğ olunub və bundan sonra da belə olacaq. Federasiyanın fəaliyyət fəlsəfəsi vətənə, millətə sevgi üzərində qurulub. Federasiyanın hər bir üzvü Prezidentimiz İlham Əliyevin ətrafında birləşib onun əmrini bir sadiq əsgər kimi dərhal yerinə yetirməyə hazırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər