ABŞ Prezidenti Donald Trampın “COVID-19-un dərmanı” olaraq başlatdığı antikor müalicəsinin klinik testləri dayandırılıb.
Teleqraf.com xəbər verir ki, ABŞ əczaçılıq şirkəti “Eli Lilly” “ACTIV-3” adlı müalicənin təhlükəsizlik məsələləri səbəbindən dayandırıldığını açıqlayıb.
Şirkətin sözçüsü Molly McCully bildirib ki, müstəqil məlumat təhlükəsizliyi monitorinq şurası (DSMB) bir sıra tədbirlərlə əlaqədar "ACTIV-3” adlı müalicəyə fasilə verilməsini təklif edib. “Eli Lilly” DSMB-nin bu işə qatılan xəstələrin təhlükəsizliyini diqqətlə təmin etmək qərarını dəstəkləyir.
Şirkət bu addımı atmasının səbəbi barədə məlumat verməyib.
Qeyd edək ki, koronavirusa yoluxan və oxşar müalicədən sonra yaxşılaşan Tramp “Lilly” və “Regeneron Pharmaceuticals” dərmanlarının koronanın müalicəsi olduğunu bildirmişdi.
“Lilly” “ACTIV-3” sınaqlarını avqust ayında başlayıb və müalicənin ABŞ-da 10 min insanda test ediləcəyi hədəflənirdi.