Bu gün hər bir səhiyyə işçisinin ürəyi cəbhədə döyünür. Hər bir səhiyyə işçisi əsgərlərimizin qulluğunda durmağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib:
"Heç bir hallarda "çətinlik" sözünü deməyəcəyik. Əgər əsgərlərimiz belə çətin vəziyyətdə döyüşürsə, biz də onların qulluğunda durmağa hazırıq.
Son günlər dünyada, xüsusilə Avropa ölkələrində yoluxma hallarında artım müşahidə olunub. Hazırda dünyada 38 milyondan artıq virusa yoluxma halı qeydə alınıb, 1 milyondan çox insan dünyasını dəyişib. Dünənki yoluxma sayı avqust ayından bəri gördüyümüz ən yüksək rəqəmdir".
O qeyd edib ki, statistik məlumatlar bəzi tədbirlərə təkan verir.