“Bələdiyyə seçkilərində gənclərin fəal şəkildə iştirak etmək təşəbbüsləri müsbət qiymətləndirilməlidir”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, bələdiyyələr gənclər üçün idarəetmə məktəbidir. Onun sözlərinə görə, gənclər ilk növbədə yerli əhəmiyyətli məsələləri öyrənməlidir:
“Gənclərin cəmiyyət içərisində nüfuz sahibi olmaları gələcəkdə onların yaxşı kadr kimi yetişməsinə gözəl imkan ola bilər. Bununla yanaşı, bələdiyyə orqanları əhəmiyyətli qurum olaraq insanları sosial həyatlarının yaxşılaşması istiqamətində işlər həyata keçirirlər. Gənclərin də bu kimi orqanlarda fəaliyyət göstərməsi müsbət dəyərləndirilməlidir. Hazırda gənclərin bələdiyyələrdə təmsilçiliyi 25-30 faiz təşkil edir”.
Səxavət