“Bəşəriyyət koronavirus pandemiyası əleyhinə müharibədə məğlub olur, çünki vahid deyil və COVID-19-a qarşı peyvənd yaratmaq üçün gücünü birləşdirməkdə acizdir”.
Teleqraf.com xəbər verir ki, bu fikri BMT-nin baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, COVID-19 pandemiyası bütün beynəlxalq ictimaiyyət üçün ciddi qlobal problemdir:
“Təəssüf ki, bu, beynəlxalq birliyin tab gətirə bilmədiyi sınaqdır. Böhrandan çıxmaq üçün dünyanın bütün hökumətlərinin koordinasiyalı hərəkətinə ehtiyac var”.