20 Oktyabr 2020 20:53
4 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanın Feysbuk hesabındakı paylaşımı erməniləri qəzəbləndirib.

Teleqraf.com xəbər verir ki, Mariam paylaşımında Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısındakı ağır məğlubiyyətini etiraf edib.

Azərbaycanın hərbi əməliyyatlarının ermənilərə baha başa gəldiyini yazan baş nazirin qızı vurğulayıb:

“Xəyallarımız və hədəflərimiz uğursuz oldu. Xəyallarımız əsgərlərimiz və vətənimizlə bağlı idi”.

Ermənilər Mariamın bu sözlərinə çox kəskin reaksiya veriblər. Beləliklə, Paşinyanın qızı Mariam Paşinyan özü də istəmədən siyasi müzakirələrə cəlb edilib.

Paşinyanın qızının Dağlıq Qarabağla etdiyi açıqlamanı “bədbin” hesab edən erməni mətbuatı və vətəndaşları onu təhqir etməkdən çəkinməyiblər. Sosial şəbəkə istifadəçiləri uğursuzluğa görə, Mariamın atasını, yəni Ermənistan rəhbərini günahkar biliblər.
Ermənilərin qəzəbinə və narazılığına səbəb olan paylaşım “Bədbin ifadələr əsgərlərimizin cəbhədəki mənəviyyatına mənfi təsir göstərir” deyərək tənqid olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər