24 Oktyabr 2020 22:06
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında qarşıdurma davam etdiyi bir vaxtda “Le Figaro” qəzeti Azərbaycan Prezidenti ilə ölkəsinin mövqeyini çatdıran müsahibə dərc edir. Kütləvi informasiya vasitələrində Ermənistanın rəyinə əsaslanan şərhləri oxuyur və eşidirik, hər kəsin daha dolğun məlumatlara sahib ola bilməsi üçün isə Azərbaycan tərəfinin mövqeyinin də yayılmasını ədalətli hesab edirəm.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Prezident İlham Əliyevin “Le Figaro” qəzetinə müsahibəsindən sonra özünün Feysbuk səhifəsində paylaşıb.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Jerom Lamber qeyd edib ki, münaqişə 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərinin böyük bir hissəsinin - Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun işğal edilməsindən qaynaqlanır. BMT Təhlükəsizlik Şurasının Ermənistanın hərbi yolla işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsinə dair qətnamələrinə baxmayaraq, 30 ildir işğal davam edir. Əlbəttə ki, Fransa bu qətnamələrə ABŞ, Rusiya və Çin ilə birlikdə səs verib və ölkəmiz beynəlxalq birliyin qərarlarının tətbiqinə nail olmaq üçün vasitəçiliyə cəhd edib. Ancaq indiyə qədər bu vasitəçilik heç bir nəticə verməyib. Azərbaycan ərazilərinin işğalı dünyanın heç bir ölkəsi tərəfindən qəbul edilmir. Ancaq daxili siyasi səbəblərdən bu münaqişənin davam etməsində yalnız Ermənistan maraqlıdır.

Bu işğal illərində çoxsaylı insidentlər oldu. Ancaq Azərbaycanın işğal zonasında və bu zonadan kənarda olan şəhərlərinin bombalanması kimi intensiv səviyyəyə çatmamışdı. Vəziyyətin belə gərginləşməsi narahatedicidir.

Fransız deputat “Facebook” səhifəsində Azərbaycan Prezidentinin “Le Figaro” qəzetində çıxan müsahibəsini paylaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər