26 Oktyabr 2020 18:00
3 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransız mallarını boykot etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan bu hücumların Fransa liderinin təşviqi ilə başladığını deyib:

“İslam dünyası ağrılı və çətin günlər yaşayır. Anaların fəryadları, məscidlərin bombalarla dağıntıya çevrilən görüntüləri İslam şəhərlərində yaşanıb. Liviyanın zəngin yeraltı sərvətləri çevriliş plançıları və Qərb imperialist gücləri tərəfindən talan edilib.

İslam və müsəlman düşmənçiliyinin vəba kimi yayıldığını görürük. Millətimə səslənirəm, fransız markalarını almayın”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər