Avropa Parlamentində Azərbaycanda yaşayan milli azlıqlarla bağlı konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd “Sərhədsiz İnsan Hüquqları” təşkilatının Azərbaycanda milli azlıqların yaşayış şəraiti ilə əlaqədar apardığı araşdırmanın hesabat təqdimatı olub.
Teleqraf.com-un məlumatına görə, təşkilatın rəhbəri Uilli Fotre konfransda çıxış edərək Azərbaycanda milli azlıqların sosial inteqrasiyasına və onların milli mənəvi dəyərlərinin, mədəniyyətlərinin, dillərinin qorunmasına maneələrin olmadığını bildirib.
O, Azərbaycanda milli azlıqların parlamentdə də təmsil olunduğunu, bu ölkədə anti-semitizm və irqçilik hallarına rast gəlinmədiyini diqqətə çatdırıb.