28 Oktyabr 2020 19:53
1 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Ankara Beyrutda Türkiyənin bayrağını və Rəcəb Tayyib Ərdoğanın şəkillərini yandıran ermənilərin cəzalandırılmasını tələb edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə XİN-in yaydığı açıqlamada dövlət atributlarına olan həqarət qətiyyətlə pislənib və təxribata görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması istənilib.

Qeyd edək ki, oktyabrın 26-da Türkiyənin Livanın paytaxtı Beyrutdakı Səfirliyi önündə bir qrup təxribatçı erməni nümayiş keçirib. Onlar Türkiyə bayrağını və Prezidentinin şəkillərini yandırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər