29 Oktyabr 2020 12:07
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oktyabrın 29-u Türkiyə Cümhuriyyət (Respublika) bayramını qeyd edir. Hazırda apardığımız haqq savaşımız bizə dost və düşmənlərimizi daha yaxından tanıtdı. Amma Türkiyə bizim üçün qardaş ölkədir. Qardaş savaşda deyil, artıq dünyaya gələndən tanınır. Bu gün Türkiyənin cümhuriyyət kimi doğum günüdür. Dünya Türkiyəni cümhuriyyət kimi artıq 97 ildir tanıyır. Türk isə əsrlərdir tanınır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov deyib.

O bildirib ki, istehlakçılarımızı xarici mal alan zaman türk məhsullarına üstünlük vermək, iş adamlarımızı isə qardaş ölkəyə sərmayə yönəltmək çağrışına cəmiyyətdə müsbət reaksiya olub: “Bu ondan xəbər verir ki, hər bir Azərbaycanlılının ürəyində bir Türkiyə sevgisi var. Ötən günlərdə xeyili iş adamı bizimlə əlaqə saxlayaraq bu təşəbbüsə dəstək olacağını bildirdi. Qardaşlar hər zaman bir-birilərinin yanında olmalıdırlar.

Cumhuriyyət günün mübarək, əziz Türkiyəli qardaş və bacılarımız. İstiqlalınız daimi olsun!”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər