30 Oktyabr 2020 14:02
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün keçirilməsi planlaşdırılan görüşdən bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ və Fransa) Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həlli barədə müzakirə aparıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi mənbəsinə istinadla məlumat yayıb.

Agentlik bugünkü danışıqların mətbuata qapalı olacağını qeyd edib.

Həmçinin müzakirələrdən sonra bəyanatın dərc edilib-edilməyəcəyi məlum deyil.

Xatırladaq ki, Minsk Qrupunun iki ölkənin xarici işlər nazirləri ilə görüşü oktyabrın 29-na planlaşdırılsa da, sonradan görüş oktyabrın 30-na təxirə salınıb.


Müəllif: Teleqraf.com