1 Noyabr 2020 21:28
2 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Niderland-Azərbaycan Evi”nin təşkilatçılığı və təşəbbüsü ilə Niderland parlamentinin deputatlarıyla görüşlər keçirilir.

Görüşlərin əsas müzakirəsi Qarabağ müharibəsi ilə bağlı real hadisə və faktların, o cümlədən, Azərbaycan həqiqətlərinin yerli siyasətçilərin diqqətinə çatdırmaqdır.

Bu barədə Teleqraf.com-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

O deyib: “Niderland-Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, sədr müavini Ələkbər Mirhəşimli, mətbuat katibi Lalə Əzimova Niderland parlamentinin bir neçə deputatı ilə görüşüblər. Mənə verilən məlumata görə, artıq görüşlərlə bağlı nəticələr də var. Bu günlərdə iki deputatla onlayn görüş təşkil edildi. Görüşdə deputatlara beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğu və BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icra olunmaması və digər məsələlər qarşı tərəfin diqqətinə çatdırılıb. Görüşdən bir neçə saat sonra Niderland parlamentinin deputatı CDA-dan olan (Xristian Demokratlar Partiyası) Martijn van Helvertl Feysbuk hekayəsində Ermənistanın Niderland Krallığındakı səfirinin siyasi dairələrə ünvanladığı məktubuna sərt cavab yazıb”.

Qeyd edək ki, deputat “problemlərinizi Niderlanda gətirməyin” başlıqlı status paylaşıb. Bu status erməni diasporu üçün yaxşı dərs sayıla bilər.

Xatırladaq ki, erməni səfir Niderland siyasi dairələrinə yazdığı məktubunda guya azərbaycanlıların ermənilər üçün təhlükə yaratdığını bildirib. Məktubda göstərilib ki, erməni diasporuna qarşı Azərbaycan və türk icması yeni təxribatlara hazırlaşır. Əslində isə belə bir əsassız müraciətin özü növbəti erməni təxribatıdır.

“Niderland-Azərbaycan Evi” tərəfindən parlamentin digər üzvləri ilə görüşlərin keçirilməsi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər