Video əlavə olunub:
***
11:28
Ordumuz qələbə əldə edəcək, buna heç bir şübhə yoxdur.
Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Erkin Qədirli Milli Məclisdə çıxışı zamanı deyib.
O, əlavə edib ki, belə bir dövrdə bankların hərbçilərin kreditlərinin dondurulması ilə bağlı verdiyi qərar alqışa layiqdir.
Deputat bildirib ki, millət vəkili kimi onlara müəyyən təkliflər daxil olur: “Hesab edirəm ki, hərbçilərin səfərbərliyə qədərki nəinki faiz, hətta borcları da dondurulmalıdır. Səfərbərliyə alınanların buna hüquqi və mənəvi haqqı çatır”.
Erkin Qədirli deyib ki, vətəni müdafiə etmək də borcdur: “Bunu yerinə yetirənlər başqa borclar haqqında düşünməməlidir”.