6 Noyabr 2020 11:59
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbçilər ictimai nəqliyyatdan pulsuz istifadə etməlidir.

Teleqraf.com xəbər verir ki, bu təkliflə parlamentin bugünkü plenar iclasında deputat Aqil Abbas çıxış edib. Deputat bildirib ki, hərbçilər ehtiyata çıxandan sonra hospitallarda pulsuz müalicə almalıdır:

“Polis işçiləri tibbi yardımı pulsuz alır, müalicə olunur. Niyə bundan hərbçilərimiz də istifadə etməsin? Xahiş edirəm ki, bu təklifimi nəzərə alasınız”.

Spiker Sahibə Qafarova qeyd edib ki, onda olan məlumata görə müəyyən güzəştlər tətbiq olunur: "Siz dediyiniz bu təkliflər qeydə alınır”.


Müəllif: Cavad

Oxşar xəbərlər