7 Noyabr 2020 15:46
2 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər anlayırlar ki, Şuşanı əldən versələr, müharibənin davam etdirilməsinin onlar üçün bir anlamı qalmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı son duruma diqqət çəkib:

“Ermənilər anlayırlar ki, Şuşanı əldən versələr, müharibənin davam etdirilməsinin onlar üçün bir anlamı qalmayacaq, Azərbaycan ordusu Xankəndini və bölgəni Ermənistanla birləşdirən yolu nəzarət altına alacaq. Ona görə Füzulidən, Cəbrayından, Zəngilandan, Qubadlıdan və digər ərazilərimizdən dovşan kimi qaçan ermənilər Şuşadan ikiəlli yapışmağa çalışırlar. Ancaq anlamırlar ki, mexanizm işə düşüb və Azərbaycan ordusu və cəmiyyəti digər ərazilərimiz kimi Şuşanı azad etmədən rahatlıq tapmayacaq, bu azərbaycanlıların milli hədəfidir.

Azərbaycanlı döyüşçülər alpinistlər kimi Daşaltından Şuşaya əliyalın da qalxamağa hazırdılar ki, Şuşa azad olunsun. Eyni zamanda hərbçilərimizi tələsdirmək də lazım deyil, noyabrın 9-u olmasın, olsun noyabrın başqa bir günü, önəmli olan az itkilərlə müqəddəs şəhərimizin azad olunmasıdır, 27 il gözləmişik, bir neçə gün də gözləyərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər