Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciətində səsləndirdiyi Şanlı Qələbə xəbərini ölkəmizin bütün vətəndaşları kimi, Masallı sakinləri də böyük coşqu ilə qarşılayıblar.
Teleqraf.com xəbər verir ki, rayon sakinləri Masallı şəhərinin küçələrində bayraqlarla bəzənmiş avtomobillərlə yürüş edərək Ordumuzu, Ali Baş Komandan İlham Əliyevi dəstəkləyən şüarlar səsləndiriblər. Onlar biri-birini Böyük Qələbə münasibətilə təbrik edərək sevinclərini bölüşüblər.