Qardaş Azərbaycana verdiyimiz dəstəyə görə Kanada pilotsuz uçuş aparatlarımızda (PUA) istifadə etdiyimiz kameralara embarqo qoydu. Biz nə etdik? PUA-larda öz istehsalımız olan kameralar tətbiq etdik.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident bildirib: "Biz ASELSAN şirkətinin kameralarından istifadə edib yolumuza davam etdik. Həmin kameraların daha yaxşısını istehsal etmək məqsədilə layihələrə başlamışıq".