13 Noyabr 2020 11:49
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Noyabrın 10-da ölkəmizin tarixində yeni səhifə açıldı”.

Teleqraf.com xəbər verir ki, bunu bugünkü iclasda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, 30 il ərzində Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi cəhətdən güclənməsi, beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbul edilməsi bu gün qələbəmizi şərtləndirdi:

“Azərbaycan son 200 ildə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyümüzü bərpa edərək çıxdı. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə əməl etməklə müharibəni aparır. Ermənistana əvvəllər təklif edilən və qəbul edilməyən ən yüksək status anlayışı tarixə qovuşdu. Ötən əsrin əvvəllərində dövlət müstəqilliyimizi ilk tanıyan dövlət olan qardaş Türkiyə bizə bu haqlı savaşımızda mənəvi dəstək oldu. “Bir millət, iki dövlət” artıq sadəcə şüar deyil”.


Müəllif: Cavad

Oxşar xəbərlər