19 Oktyabr 2014 17:40
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçısı İslam Kərimov Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin müavini, BMT İnkişaf Proqramının (İP) əlaqələndiricisi Helen Klarkla görüşüb.

Görüşdə qeyd olunub ki, son 20 ildə Özbəkistan BMT İP ilə birgə 184 milyon dollar dəyərində 211 layihə həyata keçirib. Bu il isə ölkədə məhkəmə-hüquq, sosial-iqtisadi, demokratik islahatlar sahələrində 30 layihə reallaşdırılır.

H.Klark BMT-nin Baş katibi Pan Gi Munun oktyabrın sonunda “Ekoloji fəlakətin nəticələrinin aradan qaldırılması üzrə Aral dənizi regionunda əməkdaşlğın inkişafı” mövzusunda Urqençdə keçiriləcək beynəlxalq konfransı dəstəklədiyini bildirib. Konfrans Aralın Xilası Beynəlxalq Fonduna sədrlik edən Özbəkistanın təklif etdiyi və BMT Baş Məclisinin 68-ci sessiyasında Aralın xilası ilə bağlı yaydığı proqram əsasında reallaşacaq.

Görüşdə Özbəkistan ilə BMT arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi kimi bir sıra digər məsələlər də diqqət mərkəzində olub.


Müəllif:

Oxşar xəbərlər