25 Noyabr 2020 10:02
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərcosmos” bu gün azad edilən Kəlbəcər rayonunun peyk görüntülərini yayıb.

Teleqraf.com-un verdiyi xəbərə görə, Kəlbəcər rayonunun işğaldan azad olunduqdan sonrakı təsvirləri “Azersky” peyki ilə çəkilib.

Qeyd edilib ki, işğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib.

Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan “Xudavəng” və “Gəncəsar” monastır kompleksləri ermənilərin təcavüzünə məruz qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər