26 Noyabr 2020 17:40
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Senatının qəbul etdiyi qərar əslində heç də sürpriz olmadı. Ermənistanın Azərbaycana təcavüzə başladığı gündən indiyə qədər Fransa işğalçının yanında yer alıb. Minsk Qrupunun həmsədri olan Fransanın sərgilədiyi mövqe hər zaman təktərəfli olub. Onlar Ermənistanı açıq şəkildə müdafiə ediblər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Deputat bildirib ki, Fransa üzvü olduğu Minsk Qrupu ilə münaqişənin həlli üçün heç bir addım atmayıb:

"Minsk Qrupunun üzvlərinin bölgəyə səfərləri sadəcə türistik xarakterli olub. İşğalçıya və işğala məruz qalan tərəflərə eyni müstəvidə yanaşılıb. Fransanın "canfəşanlığıdır" ki, bu münaqişə 30 ilə yaxın həll edilməyib. Prosesə adekvat yanaşmamaları, haqlının yanında olmamaları ucbatından Qarabağ problemi uzun illər davam edib. Uzun müddət davam edən sülh danışıqları heç bir nəticə vermədi. Azərbaycan sülhə, qarşılıqlı anlaşmaya sadiqlik nümayiş etdirdi. Sentybarın 27-də Azərbaycan Ermənistanın cəbhədə törətdiyi təxribatlara cavab olaraq əks-hücum əməliyyatı həyata keçirdi. 30 ilə yaxın işğalda qalan tarixi ata-baba torpaqlarımız düşməndən azad edildi. Azərbaycan öz ərazilərində hərbi əməliyyatlar icra edərək, haqlı mübarizəsində zəfər qazandı. Ərazi bütövlüyümüz təmin edildi. Xalqımızın 30 ilə yaxındır gözlədiyi torpaq həsrəti bitdi. Fransanın isə 44 günlük müharibə dövründəki davranışları əvvəlki mövqeyindən fərqlənmədi. Buna baxmayaraq, Azərbaycan dünya ölkələri ilə açıq münasibətlərin, qarşılıqlı əməkdaşlığın yaranmasında həmişə maraqlıdır".

Millət vəkilinə görə, Azərbaycan dövləti Fransada böyük mədəni layihələr icra edib:

“Heydər Əliyev Fondu tərəfindən tarixi, mədəni abidələrin restavrasiyası və təmiri istiqamətində mühüm addımlar atılıb. Bütün bunlar isə Azərbaycanın hümanist, insanlığa verdiyi dəyərin bariz nümunəsi idi. Bunun qarşısında isə Fransa Azərbaycana qarşı ədalətsiz mövqe sərgilədi. İşğalçını, terroristi, faşisti, nasisti dəstəkləyərək əslində öz siyasətinə, imicinə böyük zərbə vurdu”.

Jalə Əliyeva qeyd edib ki, Fransa Senatı ermənipərəst qüvvələrin, oyuncağına çevrilib:

“Baxmayaraq ki, Fransa hökuməti senatın vermiş olduğu bu qərarın arxasında dayanmır. Əslində doğru o olardı ki, mövqeləri daha ciddi olsun. Bəyanatları sadəcə sözdə deyil həm də, bunu arxasında dayanaraq təsdiq edilməlidir. Gözlənilən odur ki, Fransa hökuməti ilk növbədə terroristi və faşizm ideologiyasını pisləməklə öz ölkəsini, xalqını zərbə altında qoyduğunu dərk edərək senatın bu qərarına veto qoyacaq. Fransa dövləti senatın bu qərarının qəbul edilməməsi üçün ağıllı, ədalətli, beynəlxalq prinsiplərdən doğan qərar verəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər