8 Dekabr 2020 15:14
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yoluxma o həddə çata bilər ki, tibbi ehtiyacı olan insanlar kənarda qalar.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib:

"Bu gün ölkədə aktiv koronavirus xəstələrinin sayı 56 min nəfərdən çoxdur. Hətta yüngül simptomu olanlar da var. 48 min nəfər evdə, 8 min nəfərdən çox insan isə xəstəxanalarda müalicə alır. Gündəlik yoluxma 4,5 min nəfərdir. Koronavirusun dünyada, qonşu ölkələrdə artım tendensiyasını nəzərə alaraq, Azərbaycanda da bu sahədə qaydaların sərtləşdirilməsi barədə qərar qəbul edilib. Məqsəd Azərbaycanda yoluxma və ölüm hallarının azaldılmasıdır”.

O qeyd edib ki, peyvəndin tətbiqinə qədər yoluxmanın azaldılması ilə bağlı tədbirlər həyata keçirilməlidir: “Ermənistanın təcavüzündən - sentyabrın 27-dən səhiyyə sistemi iki cəbhədə fəaliyyət göstərib. 919 əsgər və zabitimizin tibbi müəssisələrdə müalicəsi davam etdirilir, digər tərəfdən, həkimlərimiz koronaviruslu xəstələrin müalicəsi ilə məşğuldur”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər