“Rəqabət mühiti yoxdur. Faiz dərəcələri yüksəkdir. İqtisadi açılım olmaldıır. Biz Ümumdünya Ticarət Mərkəzinə üzv olmalıyıq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.
Deputat xatırladıb ki, 2015-ci ildən etibarən ölədə kifayət qədər bank bağlanıb:
“Mən hesab edirəm ki, bankların təmərküzləşməsi müsbət hadisədir. Amma bu. rəqabət mühitində baş verməlidir, yuxarıdan verilən qərarla yox”.
Deputat vətəndaşların banklara inamımı artırmaq üçün təklifini yeniləyib: “Mən əvvəllər də qeyd etmişdim ki, ehtiyatlarımızın bir hissəsini yerli banklarda saxlayaq. Bu halda vətəndaşlarımız da yerli banklarımıza etimad göstərəcək”.