14 Dekabr 2020 12:09
2 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya sülhməramlıları Azərbaycan torpaqlarında oturduqlarını və əsl missiyalarının erməni qruplaşmalarının Qarabağdan çıxarılması olmasını unutmasınlar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlılarının bölgədə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilmiş üçtərəfli anlaşmanın şərtlərini pozmasına diqqət çəkib:

Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. Azərbaycan isə bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfi adekvat addımlar atacaq.

Rusiya sülhməramlıları Azərbaycan torpaqlarında oturduqlarını və əsl missiyalarının erməni qruplaşmalarının Qarabağdan çıxarılması olmasını unutmasınlar. Üçtərəfli bəyanatda da qeyd edilir ki, sülhməramlıların bölgəyə yerləşdirilməsilə eyni anda erməni hərbi birləşmələri torpaqları tərk edirlər. Deməli, bu öhdəliyi sona qədər icra etmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər