16 Dekabr 2020 11:48
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qış fəslinin gəlməsi ilə bütün Avropa ölkələrində virusa yoluxmada artım baş verdi. Azərbaycanda oktyabr ayından yoluxma hallarında kəskin artım müşahidə olundu.

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu gün keçirilən brifinqdə deyib:

"Son bir neçə gündə Azərbaycanda yoluxma sayı stabilləşməyə başlayır. Bu gün bir çox ölkələrdə yoluxma sayının artması səbəbilə sərt karantin rejimi tətbiq edilir. Virusla mübarizə aparmaqdan ötrü əlimizdə dərman vasitəsi olmadığı üçün karantin rejiminin tətbiqi uyğun görülür. Bizim hazırkı əsas məqsədimiz yoluxma sayını azaltmaqdır.

Virusun səhiyyə üzərindəki təsiri və yaratdığı gərginliyi zəiflətmək lazımdır. Xəstəxanalarda yer olmaması səbəbilə insanlar evdə müalicə alaraq oksigen çatışmazlığından ölə bilərlər. Məhz bunu aradan qaldırmaq üçün insanların kütləvi toplaşmasının qarşısını almayılıq.

Qarşıdakı 3 ay çox kritik müddətdir. Yalnız yaz fəslində yoluxma halları azalacaq. Qış bitənə qədər səbrli olmalıyıq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər