18 Dekabr 2020 16:05
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq jurnalist təşkilatı Global Journalism Council-un təşkilatçılığı ilə Azərbaycanda olan xarici jurnalistlər çalışdıqları media qurumlarında maraqlı materiallarla çıxış ediblər.

İspaniya, Yaponiya, İsveçrə, İtaliya, Polşa, Almaniya, Amerika kimi böyük dövlətlərin aparıcı media qurumlarında, elektron informasiya portallarında yer alan həmin reportajlarda müharibə meydanından yüzlərlə kilometr kənarda yaşayan azərbaycanlı mülki əhalinin ermənilər tərəfindən bombalanması faktları işıqlandırılıb, işğaldan azad olunmuş yaşayış yerlərinin ermənilər tərəfindən necə dağıdıldığı göstərilib.

Modern.az xəbər verir ki, dünyanın aparıcı mətbuat orqanları - “La Vanguardia” və “EFE” nəşrləri, “CNN İspaniya” telekanalı, “Economist.com” və “Alianzanews.com” xəbər saytları, “Kyodo” informasiya agentliyi 30 ildir öz torpaqlarına qayıda bilməyən ağdamlı məcburi köçkünlərin yaşadıqları əzab-əziyyət haqqında oxucularını məlumatlandırıb.

https://www.rsi.ch/news/mondo/Ritorno-in-Nagorno-Karabakh-13676104.html

https://www.youtube.com/watch?v=gof700fZxQI

http://noticias.alianzanews.com/187_america-latina/7230275_los-desplazados-azeries-de-karabaj-piden-volver-a-su-tierra.html

https://www.economist.com/europe/2020/12/19/azeris-return-to-their-ruined-old-homes

https://www.lavanguardia.com/internacional/20201212/6116594/azerbaiyan-busca-modelo-autonomico-karabaj.html?utm_term=botones_sociales

https://www.lavanguardia.com/internacional/20201213/6116736/azeries-aguardan-regreso.html?utm_term=botones_sociales

Qeyd edək ki, səfərin son günü əcnəbi jurnalistlər Shinji Hashimoto (Kyodo- Japan), Aziz Gürpınar (Kyodo News), Piotr Patryk (The Economist - USA), Jordi Banos (La Vanguardia - Spain), Filippo Cicciu (RSI - Switzerland), Albert Naya (CNN-İspaniya), Paul Osterlund (Foreign Policy - USA), Ilya Topper (EFE - Spain), Kahraman Haliscelik (GJC) və İsmail Bayazit (GJC) və azərbaycanlı jurnalist Elşad Eyvazlı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb ondan da müsahibə almışdılar.

Global Journalism Council-un beynəlxalq məsələlər üzrə rəhbəri, azərbaycanlı jurnalist Elşad Eyvazlı xarici media təmsilçilərinin daha geniş tərkibdə ölkəmizə səfərini təşkil edəcəklərini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər