“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. O, hər zaman vətəndaşlarımızın marağını bütün məsələrdən üstün tutub”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Spiker bildirib ki, Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin siyasəti və müəyyən etdiyi strategiyası səbəbindən əldə edilib.
Vətən müharibəsində qələbənin memarının Prezident İlham Əliyev olduğunu bildirən S. Qafarova Ali Baş Komandana uğurlar arzulayıb.
Spikerin nitqindən sonra deputatlar ayağa qalxaraq Prezident İlham Əliyevi alqışlayıblar