21 Oktyabr 2014 17:54
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanıq Mərkəzinin müdiri vəzifəsindən istefa verən Vüqar Ələkbərovun verdiyi açıqlamaya münasibət öyrənmək üçün Respublika Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli ilə əlaqə saxladıq.

Teleqraf.com xəbər verir ki, Nazirlik rəsmisi bildirdi ki, keçmiş müdirin dedikləri həqiqətə uyğun deyil: “Həmin tibb müəssisəsi də hər bir tibbi və digər zəruri ləvazimatla təchiz olunub. Nazirlik tibb müəssisələri arasında heç bir ayrı-seçkilik qoymur”.

Bir neçə ay əvvəl keçmiş müdirin işçilərdən fond pulu yığılması barədə şikayətin olduğunu soruşduqda A. Qədirli bu barədə dəqiq məlumatı olmadığını bildirdi: “Bizə hər hansı bir şikayət daxil olmayıb. Amma mənim bildiyimə görə kollektiv arasında da keçmiş müdirdən narazılıq var idi”.

Məlumat üçün bildirək ki, Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərov vəzifəsindən istefa verməsinin səbəbini Respublika Yanıq Mərkəzində heç bir süni tənəffüs aparatın və yanıqda istifadə olunan spesifik dərmanların verilmədiyini bildirib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər