Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tvitter hesabında İndoneziyada sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib.
Teleqraf.com-un məlumatına görə, paylaşımda deyilir:
"Cakartanın yaxınlığında baş verən faciəvi təyyarə qəzası ilə bağlı xəbərlər məni çox kədərləndirdi. Bu faciəvi təyyarə qəzasında yaxınlarını itirən ailələrə başsağlığı diləyirik. Dəstəyimiz və həmrəyliyimiz qardaş İndoneziya xalqıyladır".
Qeyd edək ki, bu gün İndoneziyada sərnişin təyyarəsi Cakarta yaxınlığında Yava dənizinə düşüb. Təyyarənin göyərtəsində 50-dən çox sərnişinin olduğu qeyd olunub.