Votsapın məxfilik qaydalarına yeni əlavəyə görə, istifadəçinin şəxsi məlumatları Feysbuk şirkətinə də təqdim olunacaqdı. Böyük səs-küy doğuran bu bənd sonradan geri götürülsə də, Votsapın bu açıqlaması təcili tədbirləri gündəmə gətirib.
Teleqraf.com xəbər verir ki, Türkiyə özünün məlumat təhlükəsizliyini təmin etmək üçün ilk addım atmağa hazırlaşır.
Hələlik texniki-iqtisadi əsaslandırması aparılan "Milli Public Integrated Data Center" in (Milli İctimai Vahid Məlumat Mərkəzi) tikintisinə bu il başlanması planlaşdırılır. Ankarada inşa edəcək mərkəz məlumatların Türkiyədə qorunmasına xidmət edəcək.
Milli Nəqliyyat və İnfrastruktur Nazirliyinin həyata keçirəcəyi “Milli Publik İnteqre Data Mərkəzi”nin inşasından sonra öz məlumat mərkəzini qurmuş və ya quracaq təşkilatlar tərəfindən əlavə xərclərin qarşısı alınacaq. Bununla güclü bir infrastruktur yaradılacaq və kiber təhlükəsizlik təhdidlərini önlənəcək.
Məlumata görə, 308 hektar ərazidə tikiləcək müəssisədə texnoloji avadanlıqların yerləşəcəyi 15 min kvadratmetr boşluq yaradılacaq. Nüvə və elektromaqnit hücumları da daxil olmaqla sistemlərin fasiləsiz işləyəcəyi bildirilir.
Dörd hissədən ibarət müəssisənin birinci zonasında yeraltı obyekt olacaq. Həmin obyekt nüvə hücumu olarsa, qapanacaq və orada işləyən personal üçün həm də yaşayış yerinə çevriləcək.
Milli təhlükəsizlik səbəbindən müəssisənin yerinin gizli saxlanacaq, layihənin reallaşacağı yer və ətrafı təhlükəsiz ərazi elan ediləcək və bölgədə yaşayış sahələrinin inşasına icazə verilməyəcək.