20 Yanvar 2021 00:39
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəli” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 20 Yanvar hadisələrinə həsr olunan “Tarixin canlı şahidləri” adlı görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, 200-ə yaxın gəncin iştirak etdiyi, Malik Bağırovun moderatorluğu ilə baş tutan görüşün əsas məqsədi qəhrəmanlıq tariximizin bu şanlı səhifəsini gənclərə bilavasitə şahidlərin öz dili ilə çatdırmaq, onlarda vətənpərvərlik hislərini gücləndirmək və Azərbaycan xalqının mübarizə tarixini gənclərə aşılamaq olub.

Tədbirin başlanğıcında Azərbaycan Respublikasının Dövət Himni səslənib və vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görüşdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxış edərək 20 Yanvar hadisələri ilə bağlı təəssüratlarından danışıblar.

Anım tədbirində yazıçı, jurnalist Orxan Fikrətoğlu və 20 Yanvar hadisələrinin şahidləri tərəfindən tarixin reallıqlarını müzakirə edilib.

Tədbir zamanı 20 yanvar gününün şahidləri də baş vermiş hadisələrin reallıqlarını gənclərimizlə bölüşərək, gələcək nəsilin bu torpağın qoruyucuları olduqlarını vurğulayıblar. Görüşdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub, haqq savaşında aparılan mübarizədə qalib gələn igidlərimizə təşəkkür edilib, qalibiyyətimizi şəhidlərimizə borclu olduğumuz bildirilib.

Eyni zamanda 20 Yanvar tarixində “İrəli” İctimai Birliyi və digər gənclər təşkilatları gənclərlə birgə Şəhidlər xiyabanına gedərək canınında keçən vətən övlarının xatirələrini yad edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər